Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''YAŞAT'' Fondu 1 qazinin və 3 şəhid ailəsinin əməliyyat xərclərini üzərinə götürdü - FOTO

''YAŞAT'' Fondu 1 qazinin və 3 şəhid ailəsinin əməliyyat xərclərini üzərinə götürdü - FOTO

Tarix: 12 Fevral 2021 12:02

"YAŞAT" Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, qazimiz Qurban Əliyevin, şəhidimiz Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhidimiz Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhidimiz Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.


Etiketlər:  YAŞAT Fondu qazinin şəhid ailəsinin əməliyyat xərclərini üzərinə götürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ