Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb (FOTO)

Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb (FOTO)

Tarix: 12 Fevral 2021 13:04

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin istehsal etdiyi ilk pilotsuz silahlı qayığı suya buraxılıb.

Trend-in məlumatına görə, qayıq "Meteksan Savunma" şirkəti tərəfindən hazırlanıb.

Pilotsuz silahlı qayıq saatda 65 kilometr sürətlə 400 kilometr məsafə qət etmək iqtidarındadır.

Qayıq kəşfiyyat, müşahidə, suüstü qarşıdırma, silahlı müşayiət kimi vəzifələri icra etmək üçün nəzərdə tutulub.

Türkiyənin ilk pilotsuz qayığı 4 lazerli raket və 2 lazerli uzunmənzilli tank əleyhinə raket sistemi ilə təchiz olunub.

Həmin qayığın yaxın zamanlarda seriyalı istehsalıa başlanması planlaşdırılır.

Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb (FOTO) - Gallery Image Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb (FOTO) - Gallery Image Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb (FOTO) - Gallery Image


Etiketlər:  Türkiyənin ilk pilotsuz silahlı qayığı suya buraxılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ