Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

10 şəhidi olan hərbi məktəb - VİDEO

10 şəhidi olan hərbi məktəb - VİDEO

Tarix: 12 Fevral 2021 13:24

Heydər Əliyev Adına Ali Hərbi Məktəbin əsas fəaliyyəti, məqsədi Azərbaycan Ordusu üçün peşəkar, liderlik, idarəetmə qabiliyyətinə malik olan zabit kadrlarının yetişdirilməsidir.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov deyib.

Onun sözlərinə görə, hərbi məktəbdə 21 kafedra və 4 fakültə var. Bu kafedra və fakültələrdə 23 ixtisas üzrə zabitlər hazırlanır.

General-mayor qeyd edib ki, Ali Hərbi Məktəbin İkinci Vətən Müharibəsində 600-dən çox hərbi qulluqçusu iştirak edib.

Ali Hərbi Məktəbin rəisi vurğulayıb ki, hərbi məktəbdə azərbaycanlı kursantlarla yanaşı xarici vətəndaşlığı olan zabitlər də təhsil alır.

Qeyd edək ki, general-mayor bildirib ki, bu da məktəbin potensialını, təhsil ocağındakı mövcud şəraitin yaxşı olmasının göstəricisidir.


Etiketlər:  şəhidi olan hərbi məktəb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ