Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden dövründə çətin ki, razılığa gələk - Lavrov

Bayden dövründə çətin ki, razılığa gələk - Lavrov

Tarix: 12 Fevral 2021 15:54

Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində...

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Solovyov.Live" Youtube kanalına müsahibəsində deyib.

Rusiya XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: "Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır".

Milli.Az


Etiketlər:  Bayden dövründə çətin razılığa gələk Lavrov


RƏYLƏR