Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 17:42
Bakı. Samir Əli - Trend:
Bakıda daha bir küçə təmirə bağlanıb.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, İlqar Zülfüqarov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu səbəbdən 11 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti olaraq Xudu Məmmədov küçəsi – Gəncə prospekti – Sadıqcan küçələri ilə təşkil edilib.