Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 20:12
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda sərnişin avtobusunu dayanacağa çırparaq 1 nəfərin ölümünə, 12 nəfərin yaralanmasına səbəb olan Necdet Karakuş haqqında məhkəmə qərar verib.
Sonxeber.net xəbər verir ki, sürücü 134 il həbs cəzasına məhkum edilib.
Sürücü 1 nəfərə qarşı qəsdən öldürmə, 14 nəfərə qarşı qəsdən öldürməyə təşəbbüs ilə ittiham olunub.
Müttəhim özünümüdafiə nitqində hadisənin qəza olduğundan, tanımadığı insanları öldürmək niyyəti olmadığından danışıb və ittihamları ağır hesab edib. O, zərərçəkənlər tərəfindən bağışlanmasını istəyib. Lakin məhkəmə onun tələblərini qəbul etməyib.
Qeyd edək ki, prokurorluq sürücüyə 210 il həbs cəzası tələb etmişdi. (publika.az)