Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 08:56
ABŞ-ın 45-ci prezidenti Donald Trampın xanımı yeni təşkilat - "Melaniya Trampın ofisi"ni yaratdığını bəyan edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaratdığı təşkilatın "Twitter" səhifəsində qeyd olunub.
"Melaniya Tramp "Melaniya Trampın ofisi"nin açılışını elan edir", - deyə təşkilatın "Twitter" hesabındakı ilk paylaşımda qeyd olunub. ABŞ-ın keçmiş birinci xanımı həmin paylaşımı özünün "Twitter" səhifəsində də yerləşdirib.
"CNN" telekanalının məlumatına görə, "Melaniya Trampın ofisi" uşaqlara kömək məqsədi daşıyacaq və uşaqların sağlamlığı, rifahı və onların internetdə təhlükəsizliyi mövzularına köklənən "Be Best" ("Ən yaxşı olun") məlumat xarakterli təşəbbüsünün davamı olacaq.
Təşkilatın qərargahı Florida ştatının Palm-Biç şəhərində yerləşəcək.