Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 09:22
Moskva və Pekin koronavirusa qarşı hazırladıqları vaksindən diplomatik arenada hədəflərinə çatmaq üçün siyasi alət kimi istifadə edir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Cen Psaki deyib.
"Biz Moskva və Pekinin diplomatiyada irəliləmək üçün vaksindən istifadə etdiyini görürük. Prezident Co Bayden vaksinlə bağlı bir çox liderlə müzakirə aparır. O, ABŞ-ı dünya arenasının mərkəzinə qaytarmaq niyyətindədir. Moskva və Pekinin bu yöndə addımlarını narahatlıqla izləyirik", - deyə Psaki bildirib.