Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 18:48
İspaniyanın "Valensiya" klubunun futbolçusu Xose Luis Qayya komandasını tərk etməkdən imtina edib.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, müdafiəçi "Real" və İngiltərə "Arsenal"ının maraq dairəsində olsa da, "yarasalar"dan ayrılmamağa qərar verib.
25 yaşlı ispaniyalı müqaviləsinin sonunadək Valensiyanın eyniadlı təmsilçisində qalmaq niyyətindədir. Qayyanın anlaşması 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə 20 matça çıxıb.