Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 13:38
Ermənistanda son sutkada 145 nəfərdə yeni növ koronavirusa (COVİD-19) yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən xəbərinə görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 169 167-yə çatıb.
Son sutka ərzində koronavirusdan daha 1 nəfər ölüb, bununla da ölkədə virusdan ölənlərin sayı 3141-ə çatıb.