Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistan 2023-cü ildən Latın qrafikasına keçəcək

Özbəkistan 2023-cü ildən Latın qrafikasına keçəcək

Tarix: 14 Fevral 2021 19:08

Özbəkistan 2023-cü il yanvarın 1-dən tam olaraq Latın qrafikasına keçəcək.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Özbəkistan hökuməti qərar qəbul edib.

Bununla bağlı qəbul olunan sənəddə deyilir ki, ilk növbədə kargüzarlıq işləri, şəxsiyyət vəsiqələri, İD kartlar, xarici vətəndaşlara ölkədə yaşamaq hüququ verən və vətəndaşlığı olmayanların vəsiqələri, işgüzar sənədlər, müxtəlif blanklar, təşkilat, küçə, həmçinin yer adları, reklam və elanlar latın qrafikasına keçiriləcək.

Bundan başqa, normativ-hüquqi aktlar, mərkəzi qəzetlər, elektron KİV, internet saytlar, nəşriyyatlar və poliqrafiya şirkətləri mərhələli şəkildə latın qrafikasından istifadəyə başlayacaq.


Etiketlər:  Özbəkistan 2023 ildən Latın qrafikasına keçəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ