Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan sonra bu məşqləri edin

Koronavirusdan sonra bu məşqləri edin

Tarix: 14 Fevral 2021 23:06

Koronavirusa yoluxanda dadbilmə və iybilmə ilə bağlı problemlərin yaranma səbəbləri hələ tam müəyyənləşməyib. Bir fərziyyəyə görə ağız suyunun tərkibi pozulur. Bu səbəbdən dadbilmə reseptorlarında problemlər yaranır. Başqa bir nəzəriyyəyə görə reseptorların özləri zədələnir, buna görə yalnız dadbilmə yox, həm də iybilmə itir.

Sonxeber.net xəbər verir ki, bu barədə rusiyalı nevroloq, neyrofizioloq Aleksandr Budik bildirib.

Onun sözlərinə görə, bəzi hallarda pasiyentlər hətta sağaldıqdan sonra bir neçə ay bundan əziyyət çəkirlər.

Həkim sözügedən fəsadın aradan qalxması üçün xüsusi məşqlər məsləhət görüb. Belə ki, gündə bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bu, orqanların aktiv işləməsini təmin etmək üçün mixək və ya darçın kimi güclü aromatlar ola bilər.

Həkim həmçinin bir həftə ərzində "A" vitamini məhlulunun buruna damlatmağı və "Omeqa-3" istehlakını tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, bu tövsiyələr həyata keçiriləcəyi təqdirdə paralel olaraq dadbilmə də bərpa olunacaq. (publika.az)


Etiketlər:  Koronavirusdan sonra məşqləri edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ