Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vitamin defisiti ölüm riskini artırır - Koronavirusu ağırlaşdırır

Bu vitamin defisiti ölüm riskini artırır - Koronavirusu ağırlaşdırır

Tarix: 14 Fevral 2021 23:24

Alimlər bədəndə K vitamini çatışmazlığının koronavirusdan ölümcül fəsadların - hipertoniya, diabet, ürək-damar xəstəlikləri və piylənmənin inkişaf riskini artırdığını müəyyənləşdirib.

Sonxeber.net xəbər verir ki, Niderland və Belçika alimlərinin araşdırmasına görə, K vitamini çatışmazlığı ilə damar divarları zədələnməyə həssas olur və tromboz riski artır.

Onların sözlərinə görə, K vitamini endotelial hüceyrələrdə sintez edilən və trombozun qarşısının alınmasında əhəmiyyətli rol oynayan S proteinini aktivləşdirir. Həm də elastik lifləri məhv olmaqdan qoruyan MGP zülalının fəaliyyəti K vitaminindən asılıdır. Bu protein yumşaq toxumalarda kalsium kristallarının böyüməsinə maneə törədə bilər.

Alimlərin fikrincə, çatışmazlıq fonunda damarın zədələnmə riski artır. Bu baş verərsə, bədən yaranı sağaltmağa çalışır - yerində qan laxtası əmələ gəlir. Böyüməyə başlayanda və bu cür laxtaların sayı artdıqda qan dövranı pozulur. Qan laxtası damarı bağlayaraq ölümə səbəb ola bilər. Üstəlik, bu, həm koronavirus xəstələrində, həm də diabet, hipertoniya, böyrək xəstəliyi və piylənmədən əziyyət çəkənlərdə müşahidə olunur. /medicina.az


Etiketlər:  vitamin defisiti ölüm riskini artırır Koronavirusu ağırlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ