Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərbərxanada qadına qarşı polis tərəfindən törədildiyi iddia olunan zorakılıq araşdırılır - DİN (VİDEO)

Bərbərxanada qadına qarşı polis tərəfindən törədildiyi iddia olunan zorakılıq araşdırılır - DİN (VİDEO)

Tarix: 15 Fevral 2021 13:20

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda bərbərxanada qadına qarşı edilən zorakılıq hərəkətləri ilə bağlı məsələ nazirlik tərəfindən araşdırılır.

Bu barədə Trend-ə Daxili İşlər Nazilrliyinin mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Qeyd edək ki, yayılan məlumata görə, hadisə fevralın 12-i saat 16 radələrində Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində baş verib. Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlunun olduğu iddia edilən şəxs bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə onu polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.


Etiketlər:  Bərbərxanada qadına qarşı polis tərəfindən törədildiyi iddia olunan zorakılıq araşdırılır DİN VİDEO


RƏYLƏR