Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu konfransda ermənilərin təbliğat maşını darmadağın oldu''

''Bu konfransda ermənilərin təbliğat maşını darmadağın oldu''

Tarix: 15 Fevral 2021 17:15

"Bu gün tarixi Münhen konfransının keçirilməsindən 1 il ötür. Münhen Təhlükəsizlik Konfransında ilk dəfə olaraq Azərbaycanın və Ermənistanın dövlət başçıları debat formasında plenar müzakirələrdə çıxış etmişlər".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında 1 il əvvəlki çıxışı zamanı diplomatik məharəti, münaqişənin tarixi haqqında bilikləri və natiqlik qabiliyyəti ilə Ermənistan liderindən açıq-aşkar fərqləndi:

"Bu cür debatların keçirilməsi indiyə qədər nadir hal kimi göründüyünə görə bir çox siyasi ekspertlərin, politoloqların, hərbi sahədə olan mütəxəssislərin diqqətini cəlb etdi. Eyni zamanda salonda dünyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri də iştirak edirdilər. Bu baxımdan ekspert camiasının münaqişənin həqiqətləri haqqında müfəssəl məlumat əldə etmək imkanları oldu və bu debatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik məharəti, münaqişənin tarixi haqqında bilikləri və natiqlik qabiliyyəti ilə Ermənistanın liderindən açıq-aşkar şəkildə üstün çıxış nümayiş etdirdi. Bu çıxışdan sonra dünyanın aparıcı ekspertləri münaqişə haqqında geniş məlumata malik oldular. Eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyan həm ingilis dili biliklərinin zəif olması, fikirlərini aydın şəkildə auditoriyaya çatdırmaması nöqteyi nəzərdən çox zəif şəkildə özünü göstərdi və bu həm Ermənistanda daxili auditoriyada mənfi qarşılandı, həm də dünya miqyasında Ermənistanın rəhbərinin hansı rəzil vəziyyətə düşməsi geniş müzakirələrə səbəb oldu". 

İ.Hüseynov deyib ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı parlaq çıxışı torpaqlarımızın işğaldan azad olunması prosesində diplomatik qələbəmiz kimi hər zaman xatırlanacaq:

"Bilirik ki, Ermənistanın xarici ölkələrdə çox güclü lobbisi fəaliyyət göstərir və əsas informasiya təbliğatçıları həmin lobbist qruplardır. Bu geniş təbliğatın darmadağın olunmasının biz Münhen Təhlükəsizlik Konfransında şahidi olduq. Digər tərəfdən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, digər platformalarda və Azərbaycan Respublikasının görüşlərində, təmaslarında ikitərəfli və çoxtərəfli müstəvilərdə apardığı danışıqlarda Ermənistanın hər zaman regionda apardığı etnik təmizləmə siyasətini, Azərbaycan torpaqlarının işğal edilməsi faktını vurğulaması bizim beynəlxalq mövqelərimizi bir qədər də möhkəmləndirirdi. Və bunun nəticəsidir ki, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycanın Müzəffər Ordusu qarşısına qoyduğu məqsədlərə çatdı. Münaqişənin həll olunması istiqamətində Prezidentin "Valday" Beynəlxalq Diskussiya Klubunda, eləcə də Münhen Təhlükəsizlik Konfransındakı parlaq çıxışı hər zaman xatırlanacaq. Bu çıxışlar torpaqların işğaldan azad olunması prosesində diplomatik, siyasi qələbəmiz kimi hər zaman xatırlanacaq".

Təhməz Əsədov


Etiketlər:  konfransda ermənilərin təbliğat maşını darmadağın oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ