Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 sadə vasitə ilə dişlərinizdəki kariesdən xilas ola bilərsiniz

4 sadə vasitə ilə dişlərinizdəki kariesdən xilas ola bilərsiniz

Tarix: 16 Fevral 2021 08:42

4 sadə vasitə ilə dişlərinizdəki kariesdən xilas ola bilərsiniz
Dişlərdə kariesin əmələ gəlməsinə ən çox şəkər və tərkibində nişasta olan qida məhsulları səbəb olur. Dişlərin arasında qalan qida maddələrinin bakteriya əmələ gətirməsi və ağızda turşuluğun miqdarını artırması da kariesin əmələ gəlməsinə səbəb olan amillədən sayılır. Turşuluğun, bakteriyaların artması dişləri örtən təbəqənin zədələnməsinə səbəb olduğu üçün karies əmələ gəlir. Bakteriyaların sayı çoxaldıqda dişin dentin təbəqəsi zədələnir, onun emalı korlanır. Prosesin irəliləməsi isə dişlərin itirilməsinə səbəb olur. Sizlərə dişlərin korlanmasının başlanğıc mərhələsi sayılan kariesin əmələ gəlməməsi və aradan qalxması üçün məsləhətlər vermək istəyirik.

1. Şəkərdən uzaq durun.
Dişlərinizdə kariesin əmələ gəlməsini istəmirsinizsə, o zaman tərkibində şəkər çox olan qidalardan uzaq durun.
2. Sağlam qida ilə qidalanın.
Bol meyvə və tərəvə qəbul edin. Kokos, omeqa3 yağına üstünlük verin və avokado yeməyə üstünlük verin. Bu qidalar dişlərdə kariesin əmələ gəlməsinin qarşısını alır.
3. Fitin turşusundan uzaq durmağa çalışın.
Tərkibində fitin turşusu olan qidalardan nə qədər uzaq durularsa, bir o dəqər karies dişlərdən uzaq durar. Fitin turşusu ən çox qozda, şirin toxumlarda, buğda və taxıl məhsullarında olur.
4. Adi diş pastanızı minerallarla zəngin diş pastası ilə əvəz edin.
Tərkibində ftor olmayan diş pastaları baha olsa da çlışın həmişə diş pastası seçən zaman diqqətli olun. Çalışın təbii vasitələrə hazırlanmış, tərkibində minerallar olan və ftorsuz diş pastalarından istifadə edin.
Ev şəraitində özünüz diş pastası hazırlayın.
Lazım olanlar:
* filtirdən keçirilmiş su - 1 xörək qaşığı
* kokos yağı - ½ çay qaşığı
* nanə cövhəri - ¼ çay qaşığı
* nanə tərkibli xlorofill - ¼ çay qaşığı
* çay sodası - ¼ çay qaşığı
* diatom gili - 3 xörək qaşığı


Etiketlər:  sadə vasitə ilə dişlərinizdəki kariesdən xilas bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ