Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 10:56
Konqo Demokratik Respublikasında gəmi batıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Mai-Ndombe gölündə baş verib.
Gəminin batması nəticəsində 60 nəfər ölüb, yüzlərlə şəxsin axtarışları isə davam edir.
Ölkənin humanitar yardımlar naziri Stiv Mbiyaki bildirib ki, gəmidə 700-dən çox sərnişin olub. 60 nəfərin meyiti tapılıb, 300 nəfər xilas edilib, axtarış işləri davam etdirilir.
Qeyd edilib ki, mövsümi yağışların çox olduğu bu dönəmdə gəmi qəzaları tez-tez baş verir. Səbəb isə gəmilərin köhnə olması və həddindən artıq yük daşımasıdır.
Ölkədə yol infrastrukturu qənaətbəxş olmadığından əhali çay və göllərdən istifadə edir.