Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bunun günahkarı Aygün, Faiq, Röyadır'' - Nadir Qafarzadə

''Bunun günahkarı Aygün, Faiq, Röyadır'' - Nadir Qafarzadə

Tarix: 16 Fevral 2021 16:40

Martın 14-də son toyu oxudum, 15-dən bağlandı. Bizim beh aldığımız məclislər var. Qadağa qalxanda onları oxuyacağıq. Amma qiymət qaldırmaq ola bilməz. İnsanlar çox ağır bir yükün altından çıxmalıdır. Hər şeyin üstündən getməlisən. Endirimlər də edəcəyik. Amma bir də var gedib bir stolu 200 manat olan yerdə toy edir. Ona niyə endirim edim?

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Nadir Qafarzadə "10-da görüşək" proqramında deyib. Sənətçi şou-biznesdəki durğunluqdan danışıb. O bildirib ki, bu aləmin maraqsız olmasında günahkar müğənnilərdir:

"Şou-biznes çöküb, yoxdur. 2000-ci illərdə qaynama var idi: rəqabət, kliplər, qaynama yoxdur. Hamı çəkilib kənara, deyir ki, efirləri filankəslər zəbt edir. Aparıcı nə etsin? Nadir, Faiq Ağayev, Aygün Kazımova, Röya Ayxan naz edir, efirə gəlmir. Aparıcı da məcburdur həmin boşluğu elə müğənnilərlə doldursun. Buna görə gəlib elələri efiri doldurur. Özü də ən çirkab vəziyyətdə gəldilər: mahnılar savadsız, söz yığımı... İndi də deyirlər musiqili meyxana. Elə bir şey yoxdur. Qarışıb bərbad hal alıb. Açıram efiri ki, qeyri-peşəkar ifaçı efirdədir. Çevirirəm kanalı hər yerdə odur və məcbur qulağım o səsi eşidir. Bunun da günahkarı biz özümüzük".

Milli.Az


Etiketlər:  Bunun günahkarı Aygün Faiq Röyadır Nadir Qafarzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ