Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyada hidrogen təcili yardım maşını hazırlanır

Britaniyada hidrogen təcili yardım maşını hazırlanır

Tarix: 16 Fevral 2021 21:48

Böyük Britaniya şirkətinin saytında hidrogen yanacağı ilə işləyən yeni avtomobil layihəsi təqdim olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, layihə "ZERRO (Zero Emission Rapid Response Operations - sıfır səviyyəli tullantıya malik təcili xidmət" adlanır. Məsələn, gələcəkdə Britaniyada təcili yardım maşınları 92 kilovat-saat tutumlu batareya, yanacaq elementləri və 8 kiloqram həcmli balonla təchiz oluna bilər.

Mühəndislərin qiymətləndirməsinə görə, göstərilən yanacaq ehtiyatı 320 kilometr məsafəni qət etməyə kifayət edəcək. Hidrogenli təcili yardım maşınının yükqaldırma qabiliyyəti 900 kiloqram təşkil edir. Prototip 145 km/saat sürətlə hərəkət edir. Rəsmi təqdimat payıza planlaşdırılır.

Milli.Az


Etiketlər:  Britaniyada hidrogen təcili yardım maşını hazırlanır


RƏYLƏR