Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lukaşenko Belarus xalqını düyməli telefonlardan istifadə etməyə çağırdı - SƏBƏB

Lukaşenko Belarus xalqını düyməli telefonlardan istifadə etməyə çağırdı - SƏBƏB

Tarix: 16 Fevral 2021 22:56

Belarus prezidenti Aleksandr Lukaşenko əhalini ABŞ-ın nəzarətindən yayınmaq üçün düyməli telefonlardan istifadə etməyə çağırıb. O, bildirib ki, "ağıllı insanlar" çoxdandır ki, düyməli telefonlardan istifadə edir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, ölkə rəhbəri bu barədə Ümumrusiya Xalq Məclisində deyib.

"On ikinci smartfon və iPhone-dan danışmıram, Allah xatirinə, axtarın. Amerikalıların sizi hər dəqiqə olduğunuz yerdə izləməsini istəyirsiniz? Siz bu iPhone-larda nə axtarırsınız?"

Prezident qeyd edib ki, "ağıllı insanlar" çoxdan bəri düyməli telefon alırlar.

Qeyd edək ki, daha əvvəl Aleksandr Lukaşenko bu cihazları təhlükəli hesab etdiyi üçün cib telefonu istifadə etmədiyini etiraf edib.


Etiketlər:  Lukaşenko Belarus xalqını düyməli telefonlardan istifadə etməyə çağırdı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ