Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana körpəni vəhşicəsinə döyüb xəstəxanalıq etdi - VİDEO

Ana körpəni vəhşicəsinə döyüb xəstəxanalıq etdi - VİDEO

Tarix: 17 Fevral 2021 10:40

Rusiyada qadının serebral iflicdən əziyyət çəkən uşağı vəhşicəsinə döyməsinin görüntüləri yayılıb.

Sonxeber.net sfera.az-a istinadən bildirir ki, hadisə Krasnoyarsk diyarında baş verib.

Videoda qadının söyüş söyərək uşağı döydüyü və qolunu sındıracağı ilə hədələdiyi görünür. Həmçinin uşağı zorla butulkadan içməyə məcbur edir.
 
Kadrlar sosial şəbəkədə şok effekti yaradıb. İstifadəçilər qadının analıq hüququndan məhrum edilməsini tələb ediblər.

Nəşrin məlumatına görə, uşağın anası Yekaterina F. bundan əvvəl böyük qızına görə valideynlik hüququndan məhrum edilmişdi. Onun kiçik övladı isə ağır travmalarla xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, bir yerdə yaşadığı kişi ilə içki məclisləri düzəldir və uşaqları ac saxlayırdı.


Etiketlər:  körpəni vəhşicəsinə döyüb xəstəxanalıq etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ