Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 10:56
“Qarabağ” yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları hər şeyi deyir. Amma biz də yaxşı komandayıq. Bundan əvvəl böyük klubları məğlub etmişik".
Qol.az-ın “The İrish Sun”a istinadən yaydığı xəbərə görə, bu sözləri “Dundalk”ın futbolçusu Şon Qennon Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdə “Qarabağ”la oyun öncəsi deyib.
O, heç nədən çəkinmədiklərini söyləyib: "Qarabağ"a qalib gələcəyik. Bu, klubun mentalitetidir. Avropada irəliləmək istəyirik. Oyuna çox yaxşı hazırlaşacağıq və "Qarabağ"ı daha da yaxından tanıyacağıq. Oyun planını hazılamaq üçün vaxtımız var".
28 yaşlı müdafiəçi komandada yaxşı futbolçuların olduğunu bildirib: "Məşqlərdə ikitərəfli oyunlarımıza baxsanız, hər iki “11-liy”in eyni səviyyədə olduğunu görərsiniz. Hər mövqe üçün 2-3 futbolçumuz var. Avropada inkişaf etsək, liqanın oyunlarında güclü olacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Dundalk” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab görüşü isə 1 həftə sonrda “Dalğa Arena”da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.