Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 17:57
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya Müdafiə nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, tərəflər hərbi təhsil sahəsində razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, eləcə də hərbi ingilis dili kurslarının təşkilinin və ölkə xaricində keçirilən müxtəlif kurslarda iştirak edən hərbi qulluqçuların təcrübə mübadiləsinin zəruriliyini qeyd ediblər.
Görüşdə iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.