Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki kolit

Xroniki kolit

Tarix: 18 Fevral 2021 08:03

Xroniki kolit yoğun bağırsağın selikli qişasınınn iltihabi distrofik dəyişiklikləri ilə və onun funksiyasının pozulması ilə xarakterizə olan xəstəlikdir.Xəstəlik kifayət qədər geniş yayılmışdır.Belə ki həzm sisteminin pozğunluğundan həkimə müraciət edənlərin yarısı xroniki kolitdən əziyyət çəkir.Qadınlarda xəstəlik 20-60 , kişilərdə isə 40-60 yaşlarında baş verir.
ETİALOGİYASI:
Xəstəlik ən çox postinfeksion, alimentar və başqa xəstəliklərin bağırsaqlara təsirindən əmələ gəlir. Çox vaxt kolitlər keçirilmiş infeksion xəstəliklərdən sonra əmələ gəlir,Bu xəstəliklərə dizenteriya , salmonelyoz,iersinyoz və s aiddir.Həmçinin bağırsağa düşən amöba,lyamblya,trixomonada,balantidium da xroniki kolitin əmələ gəlməsinə səbəb olur.
Xəstəliyin əmələ gəlmə səbəbi kimi qidalanmanı da nəzərdən qaçırmaq olmaz.Çoxlu miqdar zülal və ya karbohidratla zəngin qida,vitaminsiz qidalar,tez tez çətin həzm olunan, kəskin qidalar alkoqoldan suı ıstifadə də kolitin yaranma səbəblərindən biridir.
Xroniki kolit anadangəlmə ferment çatmazlığı zamanı da qidanın yoğun bağırsaqda yaxşı parçalanmaması səbəbindən əmələ gəlir.Aşağıdakı növləri var:
Səthi kolit
Atrofik kolit
Tiflit
Proktosiqmoidit
Total kolit
Xəstsliyin 2 fazası var
1.Kəskinləşmə
2.Remissiya
Xroniki kolit solyarit, bağırsaq keçməzliyi kimi ağırlaşmalara gətərəb çıxara bilir Xəstəliyin əmələ gəlməsində disbakteriozun da rolu var.Kolitləri bəzi ishal törədiciləri, antibiotiklər,allergik mənşəli qidalar,rentgen şüaları , civə ,qurğuşun zəhərlənmələri də törədə bilir,
MÜAYİNƏSİ:Müayinəsi zamanı nəcsdə çoxlu miqdar selik tapılır,Nəcsin mikroskopik müayinəsində leykositlər və eritrositlər aşkar edilir.Nəcsin bakterioloji müayinəsində patogen mikroblar və normal mikrobların dəyişkənliyi görünür.
Bundan başqa rentgen müayinəsi , rektoromanoskopöiya ,
kolonoskopiyanın nəticəlıri əsas götürülür.
MÜALİCƏSİ:Xəstəliyin müalicəsində ishal əleyhinə dərmanlardan . bağırsaığın perestaltikasını yaxşılaşdıran dərmanlardan, dəmləmələrdən istifadə olunur.Xəstəyə sanator kururt müalicəsi məsıləhət görülür. Pəhrizə əməlk eləmək isə daima lazım gəlir.


Etiketlər:  Xroniki kolit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ