Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida borusunun disfunksiyası

Qida borusunun disfunksiyası

Tarix: 18 Fevral 2021 08:21

Qida borusunun disfunksiyası-qida borosunun üzvi dəyişiklikləri olmadan qidanın udlaqdan mədəyə ötürülməsi ilə əlaqədar olan motor funksiyasının pozulmasıdır,
Qida borusunun motor funksiyasının pozulması qidanın anteqrad hərəkətinin dayanması və ya ləngiməsi, ya da ki, onun retroqrad hərəkətinin meydana gəlməsidir.
ETİOLOGİYASI və PATOGENEZİ
Qida borusunun disfunksiyası bircinsli, yəni müstəqil inkişaf edən xəstəlik və ikicinsli ,digər xəstəliklərin təzahürü kimi ola bilər. Digər xəstəliklər dedikdə divertikulitlər,ezofaqitlər,diafraqmanın qida borusu dəliyinin yırtığı, yəni törəmə nəzərdə tutulur.Şəkərli diabet , sistemli sklerodermiya,mərkəzi və perpferik sinir sisteminin ağır zədələnmələri,əzələ distrofiyası,xora xəstəliyi, xroniki xolisistit kimi
xəstəliklər də qida borusunun disfunksiyasına səbəb ola bilir.
Qida borusunun birincili disfunksiyasının əsas səbəbləri:
-Psixoemosional stress situasiyaları
-Qida borusunun sinir əzələ aparatının irsi anatomiyaları
Qida borusunun disfunksiyası qidanın mədəyə normal düşməsinə , mədədə olan qidanın həzmə normal getməməsinə səbəb olur. Disfunksiya zamanı baş verən xoşagəlməz xəstəliklərdən biri də hipermotor diskineziyadır.Onun əsas simptomları aşağıdakılardır:
-Disfaqiya -udmanın çətinləşməsi
-Döş sümüyü arxasının ağrıları
-Boğazında loxma (tikə) qalma hissi
-Qida borusu konturlarının dişliliyi .Bu zaman qida,qida borusunun hər hansı bir hissəsində 5 saniyədən çox ilişib qalır
Təzahurləri:həyəcanlandıqda, tələsik yedikdə,qidanı kifayət qədər çeynəmədikdə qidanın borusundan çətin keçməsi
- döş sümüyünün arxasında dolma hissi
-qida borusunun genişlənib qidanın orada qalması
- döş sümüyü arxasında ağrı
Müalicəsi:Tez-tez ,az-az qidalanma ,axşam yeməyı yatmazdan 3 saat əvvəl olmalıdır Xəstəyə spazmolitiklər,sakitləşdiricilər təyin olunur.


Etiketlər:  Qida borusunun disfunksiyası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ