Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 18:18
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasının təklif olunan yeni formatına münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib: "Sadə və dürüst deyəcəyəm. Klublar həmişə daha çox pul hədəfləyirlər. Bunu etmək üçün daha çox qarşılaşmanın keçirilməsinə zəmanət istəyirlər. Azarkeşlər isə vacib, mənalı matçlar arzulayır. Müasir futbol klubların istədiyi, gəliri artırmaq və azarkeşlərin istədiyi - sadəlik, aydınlıq və maraqlı turnirlər arasında bir uzlaşma tapmalıdır. Və sonra nə ediləcəyini diktə etməyə başlayan media var. Beləliklə, gələcəkdə ciddi bir mübarizə ilə qarşılaşacağıq. Şəxsən mən Çempionlar Liqasının yeni formatını qətiyyən sevmirəm".
Qeyd edək ki, Çempionlar Liqasının yeni formatında komandaların qruplara bölünməməsi və turnirin İsveçrə sistemi ilə keçirilməsi planlaşdırılır. Klublar fərqli rəqiblərə qarşı ən azı 10 matç keçirəcək (5 ev və 5 səfərdə). Bununla da əsas turda iştirakçıların sayının 32-dan 36-ya yüksəlməsi mümkündür. Bildirilib ki, bütün UEFA assosiasiyaları yeni formatla razıdırlar.