Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qatlanan “iPhone” elektron qələmlə işi dəstəkləyəcək

Qatlanan “iPhone” elektron qələmlə işi dəstəkləyəcək

Tarix: 18 Fevral 2021 20:16

İlk bükülən "Apple" smartfonu rəqəmli qələmlə işi dəstəkləyəcək. Bu barədə "EqualOcean" nəşrinin məlumatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, jurnalistlər mütəxəssisləri "Apple" layihələri haqqında informasiyanı izləyən "Omdia" agentliyinin məxfi hesabatına istinad edirlər. Son məlumatlara görə, ABŞ şirkəti stilus dəstəkli smartfon yaratmaq niyyətindədir. Qurğunun "iPad Pro" planşeti üçün nəzərdə tutulan "Apple Pencil" ilə işləyəcəyi və ya şirkət mühəndisləri tərəfindən xüsusi stilus hazırlanacağı dəqiq məlum deyil.

Həmçinin mənbələr gələcək qatlanan "iPhone" smartfonunun bükük form-faktorla təchiz ediləcəyi ilə bağlı informasiyanı təsdiq ediblər. Model vizual baxımdan "Samsung Galaxy Z Flip" smartfonuna bənzəyəcək. Açılı vəziyyətdə qurğunun ekranının diaqonal ölçüsü 6,7 düym təşkil edəcək. İstehsalçı tərəfindən qurğunun ekranını zədələrdən və çoxsaylı açılma hallarından qoruyacaq "Ceramic Shield" şüşəsindən istifadə ediləcək.

Analitiklərin fikrincə, yeni "Apple" smartfonu yaxın bir neçə il ərzində buraxılacaq. Onun qiyməti orta satış qiymətindən aşağı olacaq. Bu, yaxın iki ildə elastik ekranlı smartfonların istehsalı üçün lazım olan komplekt hissələrin qiymətinin ucuzlaşacağı ilə əlaqədardır.

Milli.Az


Etiketlər:  Qatlanan iPhone elektron qələmlə işi dəstəkləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ