Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən yeni plastır hazırlanıb

Qan təzyiqi və biokimyəvi proseslərə nəzarət edən yeni plastır hazırlanıb

Tarix: 18 Fevral 2021 20:20

Kaliforniya Universitetinin mühəndisləri tərəfindən hazırlanmış plastır qan təzyiqi, ürək döyüntülərinin tezliyi, qlükoza, həmçinin alkoqol və kofeinin səviyyəsinə nəzarət edir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu, insan orqanizmində eyni vaxtda ürək-damar siqnallarına və bir neçə biokimyəvi prosesə nəzarət edən ilk daşınan qurğudur.

Belə qurğu yüksək təzyiqdən, diabetdən əziyyət çəkənlər və ya "COVID-19"un ağır formasına meyilli olan insanlar üçün nəzərdə tutulub. O, həmçinin sepsisin (laktatın səviyyəsinin artması ilə müşayiət olunan arterial təzyiqin qəfil aşağı düşməsi) aşkar edilməsi məqsədilə istifadə edilə bilər.


Etiketlər:  təzyiqi biokimyəvi proseslərə nəzarət edən yeni plastır hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ