Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 09:20
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
1993-cü il təvəllüdlü Cahangirov Orxan İmran oğlu qarnının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
28 yaşlı oğlanın hansı səbəbdən bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.