Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2021 19:06
Britaniya şahzadəsi Harri bütün fəxri adları itirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.
Bildirilib ki, şahzadə Harri və həyat yoldaşı Meqan kral ailəsinin üzvü kimi öz vəzifələrinə qayıtmayacaq və Harri fəxri hərbi adlarından imtina edəcək.
Xatırladaq ki, 2020-ci ilin əvvəlində Harri və Meqan krallıq həyatından uzaqlaşıb və razılaşdırılıb ki, bir ildən sonra vəziyyət gözdən keçiriləcək.
Cütlük indi Kaliforniyada yaşayır və ikinci övladlarının dünyaya gəlişini gözləyir.