Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2021 17:40
Fransa millisinin sabiq futbolçusu Yohan Kabay karyerasını başa vurub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 35 yaşlı yarımmüdafiəçi bunu sosial şəbəkə vasitəsilə elan edib.
Son klubu "Sent-Etyenn" olan Kabay 17 il böyük sevgi ilə oynadığı futboldan getmək qərarına gəldiyini açıqlayıb: "Xatirələrimi heç vaxt unutmayacağam. Futbola olan sevgimə görə qəbul etmək çətin olsa da, peşəkar karyeramı bitirirəm".
Qeyd edək ki, karyerası ərzində "Lill", "Nyukasl", PSJ, "Kristal Pelas", "Əl-Nəsr" və "Sent-Etyenn"də çıxış edən Yohan Kabay 2010-2016-cı illərdə Fransa millisinin heyətində 48 oyun keçirib, 4 qol vurub. O, 2005-ci ildə Fransanın U-19 yığması ilə Avropa çempionu olub.