Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ

Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ

Tarix: 20 Fevral 2021 23:21

Yeni araşdırmalar insanların fərqli yaşlarda üç mərhələdə yaşlandığını göstərib.

Sonxeber.net AzFood-a istinadən xəbər verir ki, alimlər yaşlanma prosesini dəyişdirəcək inanılmaz kəşf edib. Bununla bağlı araşdırmalar "Nature Medicine" jurnalında dərc edilib.
Tədqiqat aparan həkimlər bu qənaətə gəlib ki, insan bədəni 34, 60 və 78 yaşlarda başlayan üç əsas qocalma mərhələsindən keçir. Bu tədqiqat vacibdir, çünki qocalma ilə bağlı yeni məlumatlar mütəxəssislərə insan orqanizmində yaşla əlaqədar olaraq nəyin dəyişdiyini və yaşla əlaqəli yaranan xəstəliklərlə daha yaxşı mübarizə aparmağın yollarını tapmağa imkan verəcək.
Tədqiqat zamanı həkimlər 18-95 yaş arasındakı dörd mindən çox insanın qan plazmasının tərkibini analiz edib və içərisində olan üç mindən çox zülalı yoxlayıb. Yaşla birlikdə 1300-dən çox zülalın dəyişdiyi məlum olub. Ən əhəmiyyətli problemlər 34, 60 və 78 yaş arası insanlarda müşahidə edilib.
Alimlər bunun hansı səbəblərdən baş verdiyini müəyyənləşdirə bilməyib. Bununla belə tədqiqatların aparılması çox faydalıdır, bu, tibb işçilərinin xəstələrə daxili orqanlarının hansı sürətlə qocaldığını deməyə imkan verəcək. Bundan başqa zülalların öyrənilməsi təsdiq edib ki, qadınlar və kişilərin yaşlanma prosesi müxtəlif gedir.
Bu nəticələr üzərində bir neçə il işləmək lazımdır. Ola bilsin ki, qan analizinin gələcək nəticələri orqanizmin hansı sürətlə qocaldığını deməyə imkan verəcək.


Etiketlər:  Alimlərin qocalma prosesi barədə İNANILMAZ KƏŞFİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ