Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 18:00
Argentinanın paytaxtı Buenes-Ayres ağcaqanad istilasına məruz qalıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Buenes-Ayresdə bu zona üçün tipik sayılan "Aedes Albifasciatus" ağcaqanad növü kəskin artıb.
Buna səbəb iqlim şəraitidir. Uzun müddət quraqlıq olması, daha sonra isə leysan yağışlar yağması ağcaqanadların kəskin artmasını şərtləndirib.
Qeyd edək ki, "Aedes Albifasciatus" ağcaqanad növü təhlükəli xəstəliklərin daşıyıcısı deyil, ancaq onların insanları sancması ağrılı allergik reaksiyalar yarada bilər.