Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 13:52
Onlar bizim üçün sağlamlıqlarını qurban verdilər. Kimisi ayağını, qolunu, gözünü itirdi Vətən müharibəsində. Onlardan biridir 1994-cü il təvəllüdlü Kamil Hüseynov.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan hərbçimiz Suqovuşan istiqamətində sağ qolundan yaralanıb.
Aldığı güllə yarası nəticəsində qolundakı sinirlər zədələndiyindən dirsəkdən aşağı hissəsində hərəkət qabiliyyətini itirib.
Amma Kamil ölkədəki həkimlərin rəyi nəzərə alınaraq "YAŞAT" Fondunun dəstəyi ilə fevralın 18-də müvafiq müayinə, müalicə və reabilitasiya prosesi üçün Türkiyəyə göndərilib. İstanbulda yerləşən "Anadolu" xəstəxanasında müayinə olunan qazimiz iki gün sonra əməliyyat ediləcək.
Müalicəsi tam yekunlaşana qədər "YAŞAT" Fondu tərəfindən nəzarətdə saxlanacaq hərbçimiz onlara göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Kamil Hüseynov "Suqovuşanın azad olunmasına görə", " Vətən müharibəsi iştirakçısı" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.