Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 16:57
Dünyanın ən böyük mobil operatorlarından biri olan "Vodafone" geoməkan üzrə dəqiqlik göstəricisini xeyli yaxşılaşdırıb. Məlumata görə, şirkətin mütəxəssisləri müxtəlif qurğuların yerinin təyin edilməsi dəqiqliyi üzrə göstəricini 30 dəfə, 3 metrdən 10 sm-dək azaltmağa nail olublar.
"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən "Vodafone" şirkətinin nümayəndələri hesab edirlər ki, "Sapcorda" yeni peyk izləmə texnologiyasından istifadə "Əşyalar interneti" (IoT) platformasının tətbiqini sürətləndirməyə imkan verəcək. Bundan başqa, nəqliyyat vasitələri, dron və istənilən başqa yüklərin izlənilməsinin dəqiqliyi yüksələcək. Operator yeni texnologiyanın həm dövlət və tibbi strukturlarda, həm də biznes dünyasında maraq doğuracağını hesab edir.
Emil Hüseynov