Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Trampın Kim Çenə verdiyi təklif hər kəsi şoka saldı: “İstəsən, səni...”

Trampın Kim Çenə verdiyi təklif hər kəsi şoka saldı: “İstəsən, səni...”

Tarix: 23 Fevral 2021 15:26

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə Vyetnamın paytaxtı Xanoyda Şimali Koreya lideri Kim Çen Inla görüşmüşdü.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, BBC sözügedən görüşlə bağlı ilginc məqamları üzə çıxarıb.

Telekanalın təqdim etdiyi sənədli filmdə Trampın Kim Çenə verdiyi maraqlı bir təklifdən bəhs olunub.

Trampın dövründə Milli Təhlükəsizlik Şurasının Asiya İdarəsinin direktoru vəzifəsində işləmiş Metyu Pattinger bu görüşdə Trampın ABŞ prezidentinin təyyarəsi ilə Şimali Koreya liderini evinə aparmağı təklif etdiyini söyləyib.

Pattinger oradakı bütün diplomatların bu təklifdən şoka düşdüklərini deyib: "Prezident Tramp Kimin Xanoya Çindən keçərək qatarla gəldiyini bilirdi. Orada Kimə "İstəsən, səni iki saata evinə apara bilərəm" təklifini verdi. Kim təşəkkür edərək, bundan imtina etdi".

Milli.Az


Etiketlər:  Trampın Kim Çenə verdiyi təklif hər kəsi şoka saldı İstəsən səni


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ