Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır

Tarix: 24 Fevral 2021 21:08

Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin hökuməti koronavirusun yeni mutasiyalarının yayılması ilə əlaqədar tətbiq olunan milli izolyasiya tədbirlərindən tədricən imtina etmək niyyətindədir.

Məhdudiyyətlərin ləğvinə dair tam fəaliyyət planı çərşənbə günü acıqlanacaq.

Danimarka Baş naziri xanım Mette Frederiksen özünün "Facebook" səhifəsində vurğulayıb ki, infeksiyaların sayının azalması fonunda ekspertlər yekdilliklə hesab edirlər ki, hazırkı şəraitdə sürətli və tam "açıq cəmiyyət" yaratmaq mümkün deyil. Hökumət başçısının fikrincə əvvəlki həyata qayıtmaq qismən mümkündür və bəzi məhdudiyyətlər regional əsaslarla ləğv edilə bilər.

Danimarka hökuməti məhz bu səbəbdən yuxarı sinif şagirdlərinin məktəbə getməsini tövsiyə edən yerli ekspertlərlə birgə işləyir. Bundan başqa, Danimarka hökuməti, mağazaların tədricən açılması, idman və mədəni tədbirlərin açıq havada keçirilməsinə icazə verilməsi ilə bağlı planların detallarını da işləyib hazırlayıb.

Xatırladaq ki, dekabrın 25-dən etibarən Danimarkada fəaliyyət göstərən məhdudiyyətlərə məktəblərin, universitetlərin, kafe və restoranların, həmçinin ilk zərurət siyahısına daxil olmayan mağazaların bağlanması daxildir. Həmçinin bu tədbirlərlə əlaqədar vətəndaşların əksəriyyəti distant işə keçirilib, ictimai toplantıların iştirakçılarının sayına limit müəyyən edilib, ictimai yerlərdə və qapalı yerlərdə maskalardan məcburi istifadə qaydası tətbiq olunub. Bu tədbirlərin yerinə yetirilməsi müddəti fevralın 28-də bitəcək.


Etiketlər:  Danimarka əvvəlki həyata təhlükəsiz qayıtmağın yollarını axtarır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ