Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 11:30
Fevralın 23-dən başlayaraq paytaxta güclü qar yağmağa başlayıb. Ötən gün çovğun olsa da bir çoxları qarlı havada gəzib, qartopu oynayıb, fotolar çəkdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, şou-biznes nümayəndələri də hər tərəfin ağ qara bürünməsindən istifadə edərək obyektiv qarşısına keçiblər.
Xalq artistləri Mələkxanım Əyyubova, Faiq Ağayev, müğənnilər Günay İbrahimli, Gülay Zeynallı, Elvin Abdullayev, aparıcı Lalə Azərtaş çəkdirdiyi fotoları sosial şəbəkə izləyiciləri ilə bölüşüblər.