Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan geri çəkilmək niyyətində deyil - FOTO

Paşinyan geri çəkilmək niyyətində deyil - FOTO

Tarix: 25 Fevral 2021 17:00

Bu gün Ermənistanda bu məsələnin müqəddəratı öz həllini tapacaq. Çünki artıq o qarşıdurmalar, daxili siyasi çəkişmələr pik həddə çıxıb. 

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, hazırkı vəziyyəti tək Paşinyanın üzərinə yıxmaq Sarkisyanın, Koçaryanın cinayətlərinə bəraət qazandırmağa bərabərdir:

"Ermənistanda artıq proseslər kabinetlərdən, dəhlizlərdən küçələrə və meydana çıxıb. İndi artıq orada hadisələr cərəyan edir. Nikol Paşinyan ailə üzvləri ilə - qızları, həyat yoldaşı ilə meydana gəlib və ona verilmiş ultimatum, demək olar ki, dövlət çevrilişinin və hərbi çevrilişin ilkin bir addımıdır. Paşinyan isə bu proseslərdən geri çəkilmək niyyətində deyil. Çünki anlayır ki, faktiki olaraq Ermənistanın bütün bu zəlil vəziyyətinin məsuliyyətini tək onun üzərinə yıxmaq özü, birincisi, ədalətsizlikdir, digər tərəfdən ona qədər hakimiyyətdə olan qüvvələrin bütün cinayətlərinə bəraət qazandırmağa bərabərdir. Ona görə o bildirir ki, "İsgəndər" raketlər keçmiş rəhbərlərin dövründə alınıb.

Onlar elə bir vəziyyət yaratmışdılar ki, il ərzində 150-200 minə yaxın insan Ermənistanı birdəfəlik tərk edirdi. Faktiki olaraq, Ermənistan tək postsovet məkanında yox, bütün dünyada yeganə ölkədir ki, depopulasiya problemi ilə üz-üzə qalıb. Yəni, onun əhalisi "əriyib" gedib. Ona görə bu problemlərin hamısının səbəbkarı keçmiş Qarabağ separatçılarına dəstək verən qüvvələrin özləridir ki, həm xaricdən diaspor təşkilatılarından, həm kilsə tərəfindən qaynar bir şərait yaradırdılar ki, insanlar yeni ərazilər uğrunda mübarizə aparsınlar. Amma onların sosial gözləntiləri, güzəranı, həyat tərzi və s. ikinci, üçüncü dərəcəli məsələlərə çevrilmişdi". 

T.Abbasov deyib ki, Ermənistanın iflası Xocalı soyqrımını törətdikləri zamandan başlamışdı:

"Buna görə də başa düşürəm ki, Paşinyanın deməyə sözləri var. Buna görə də o, dünən və bu gün dərhal müxalifətin ultimatumuna cavab verdi və bildirdi ki, faktiki olaraq onu ittiham edənlər, günahlandıranlar hamısı bütün bəlaların, bütün problemlərin ağırlığını, yükünü bunun üzərinə yıxmaq istəyirlər ki, özlərini təmizə çıxarsınlar. Paşinyan da bununla razı deyil. Əslində onun bu yanaşması düzgündür. 2 il, 2.5 il ərzində bu boyda ölkəni iflasa gətirib çıxarmaq mümkün deyil. Yəni, hazırkı iflas hələ vaxtilə Sumqayıt hadisələri, Qarabağda baş verən proseslərdən, Xocalıdan başlamışdı. Ermənilər, ümumiyyətlə, səhv yolda idilər, çalışırdılar öz yalanlarına bəraət qazandırsınlar və bütün dünyanı buna inandırsınlar.

Özlərini aldadırlar cəhənnəmə, amma dünyanı aldatmaq olmaz. İndi də baxıram ki, istər Rusiya olsun, istər Fransa olsun, Niderland olsun, Belçika olsun, Amerika olsun, yenə də elə yalanlar həmin ölkələrdə tirajlanır və onların təsirinə düşənlər var. Bu, bizim problemimiz deyil. Bizim problem odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə torpaqlarımızın azad olunmasına başladıq. Bu prosesin tam yekunlaşması üçün bir, iki addımı qalıb. 90-95 faizini həll etmişik, indi çox az bir hissəsi qalıb. Çünki indi yenə də görürük ki, separatçılar baş qaldırırlar və onlara kənardan "qidalar" gəlir. Onların başı əzilməlidir və elə başa düşürəm, bizim Prezident bütün bu hadisələrin hamısını diqqət mərkəzində saxlayaraq düzgün qərarlar verəcək". 

Təhməz Əsədov


Etiketlər:  Paşinyan geri çəkilmək niyyətində deyil FOTO


RƏYLƏR