Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dövləti buna da nail olacaq

Azərbaycan dövləti buna da nail olacaq

Tarix: 26 Fevral 2021 15:06

"Bu il XX əsrin ən böyük faciələrindən və soyqırımlarından biri olan Xocalı soyqrımının 29-cu il dönümüdür. Təbii ki, ötən illərdən fərqli olaraq biz Xocalı soyqrımını qalib xalqın nümayəndələri kimi qeyd edirik".

Bunu Sonxeber.net-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov deyib.

Sədr müavini bildirib ki, özlərini insan haqlarının müdafiəçiləri adlandıran bəzi təşkilatlar hələ də Xocalı ilə bağlı öz ədalətli qərarlarını verməyiblər:

"27 sentyabrdan başlayan vətən savaşında 44 gün ərzində Ermənistan tərəfi təslimçi (kapitulyasiya) aktını imzalanmaq məcburiyyətində qaldı. Şanlı Ordumuzun, Ali Baş Komandanımızın və Xalqımızın birliyi nəticəsində Ermənistan tərəfi məğlubiyyəti boynuna aldı. Buradan da nəticə çıxır ki, biz demək olar ki, Xocalı soyqrımını tördənlərdən orada şəhid olan soydaşlarımızın qisasını aldıq, onların qanı yerdə qalmadı. Amma yenə də dünya birliyi, beynəlxalq güclər özlərini insan haqlarının müdafiəçiləri adlandıran bəzi təşkilatlar hələ də Xocalı ilə bağlı öz ədalətli qərarlarını verməyiblər. Xocalı dünya birliyi tərəfindən bir genosid aktı kimi tanınmalıdır. Çünki XX əsrin ən böyük soyqrım aktıdır.

Xocalıda törədilənlər bir ordunun əliyalın, silahsız əhaliyə qarşı apardığı ən qəddar soyqrım və qətliam hadisələrindən biridir. O baxımdan düşünürəm ki, Azərbaycan dövləti öz üzərinə düşəni edib, Xocalının intiqamı alınıb və yaxın zamanda da biz Xocalıda Azərbaycan bayrağının dalğalanmasına nail olacağıq. Bəzi xırda nüanslar var ki, o məsələlər hələ həllini tapmayıb. Amma siyasi və diplomatik sürəc nəticəsində Azərbaycan dövləti buna da nail olacaq. Həmin vaxtı biz daha rahat şəkildə Xocalının intiqamının alındığını deyə biləcəyik. Amma son olaraq bir daha təkrarlamaq istəyirəm ki, beynəlxalq aləm hələ də Xocalı ilə bağlı öz ədalətli qərarını verməyib. Bu da dünya birliyinin bəzi insan haqqları təşkilatlarının Azərbaycana qarşı olan ikili yanaşmalarından irəli gəlir". 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycan dövləti buna nail olacaq


RƏYLƏR