Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2021 22:24
Koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpa olunması planlarının maliyyələşdirilməsi üçün korporativ sahə başda olmaqla vergitutmanın gücləndirilməsinə ehtiyac yarana bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın maliyyə naziri xanım Canet Yellen "The New York Times" qəzetinə müsahibəsində Prezident Co Baydenin mənfəət vergisini 21 faizdən 28 faizə qaldırmaq barədə bəyanatına toxunaraq fiziki şəxslərdən tutulan vergilərin dərəcələrinin artırılmasının əleyhinə olduğunu qeyd edib: "Sərvət vergisinin tətbiqi ilə bağlı məsələ müzakirə olunub, ancaq Prezident C.Bayden bu planları dəstəkləmir". Nazir vurğulayıb ki, illik gəliri 400 min dollardan az olan şəxslərdən belə bir vergi tutulmayacaq.
C.Yellen maliyyə tranzaksiyalarına vergi tətbiq olunub-olunmayacağı ilə bağlı suala isə ehtiyatla yanaşaraq deyib: "Belə bir qərarın verilməsinin mümkün nəticələrini əvvəlcədən diqqətlə təhlil etmək zəruridir".