Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2021 08:58
Dünyada qlobal istiləşmə səbəbilə iqlim dəyişikliyinin bir çox mənfi hallara gətirib çıxaracağı müzakirə edilir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Türkiyə Dəniz Elmləri və Texnologiyası İnstitutunun professoru Doğan Yaşar əsl təhlükənin istiləşmə deyil, əksinə qlobal buzlaşma olduğunu deyib:
"Buzlaşma quraqlıq deməkdir, qıtlıq deməkdir. Buna görə də havaların soyumasından qorxmalıyıq. 2020-ci illərə qədər qlobal istiləşmə artaraq davam edəcək. Eynən 900-cü illərdəki kimi. Amma 2022, 2023 və ya 2024-cü ildə hava getdikcə soyuyacaq. İstiləşmə ara verəcək. Bu zaman İstanbul boğazı donacaq".
Onun sözlərinə görə, İstanbul boğazından qarşı tərəfə gəzərək keçmək mümkün olacaq.
D.Yaşar belə bir hadisənin sonuncu dəfə 1929-cu ildə baş verdiyini xatırladıb.