Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gəlib, sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi…

“Gəlib, sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi…

Tarix: 28 Fevral 2021 15:20

Ermənistan Baş Qərargahının son açıqlaması rəsmiləri, xüsusən də Baş nazir Nikol Paşinyanı şok vəziyyətinə salıb. Yalnız parlamentin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryan özünü hakim komandada sərt bir adam kimi göstərməyə çalışır. Hökumətdəki mənbələrə görə, Andranik Köçəryan öz mövqeyini gücləndirmək və Paşinyana guya çətin vəziyyətlərdə doğru həll yollarını tapa biləcəyini göstərmək istəyir.

"ARMINSIDER" telegram-kanalının yaydığı məlumata görə, "Vətəndaş müqaviləsi" partiyasının bir toplantısı zamanı ordu ilə necə danışıqlar aparılması müzakirə edilərkən Andranik Köçəryan əvvəllər müdafiə nazirinin müavini vəzifəsini tutduğu üçün hərbçilərlə danışıqlar apara biləcəyini söyləyib.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, nəticədə A.Köçəryan Baş Qərargah rəisi Onik Qasparyana zəng edib və onunla sərt danışmaq istəyəndə Baş Qərargah rəhbərinin reaksiyası çox sərt olub.

"Qulaq as, Ando, indi mən gəlib sənin bığlarını kəsərəm, çiyələk ləzzətli Ando olarsan"- deyə Onik Qasparyan A.Köçəryanı yerində oturdub.


Etiketlər:  Gəlib sənin bığlarını kəsərəm Baş Qərargah rəisi Köçəryanı hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ