Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Traktor aşdı, 2 qadın öldü

Traktor aşdı, 2 qadın öldü

Tarix: 24 Iyul 2019 12:24

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda traktorun aşması ölümlə nəticələnib.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Əndika rayonu təcili yardım idarəsinin rəhbəri Mahmud Vərnaseri deyib.

M.Vərnaserinin sözlərinə görə, hadisə nəticəsində 2 qadın həlak olub, 1 qız uşağı yaralanıb.

Qeyd edək ki, İranın Xuzistan vilayətinin Əndika rayonu yollarının çətin və keçilməz olduğuna görə, bəzən sərnişinlərin daşınması üçün traktordan istifadə olunur. Bu məsələ dəfələrlə ölümlə nəticələnən hadisələrə səbəb olub.


Etiketlər:  Traktor aşdı 2 qadın öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ