Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2021 13:36
Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bir dəstə müxalifətçi bir sıra nazirliklərin yerləşdiyi hökumət binasına basqın edib.
Sonxeber.net Ermənistan mediasına istinadən bildirir ki, olay 3-cü Hökumət Korpusunda yaşanır.
Korpus Nazirlər Kabinetinin yaxınlığındadır.
"Hünərləri var, bizə atəş açsınlar! O güllələri elə özlərinə qaytaracağıq", - binaya basqın edənlər deyiblər.