Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meymunlar avtomobil yolunu bağladılar - VİDEO

Meymunlar avtomobil yolunu bağladılar - VİDEO

Tarix: 1 Mart 2021 17:56

Çində qida axtarmaq üçün dağdan enən qızıl meymunlar yolu bağlayıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yolu bağlayan qızıl meymunlar nəqliyyat vasitələrinin keçməsinin qarşısını alıblar. Bölgədəki gözətçilər sərnişinlərə meymunların zərər görməməsi üçün istiqamət veriblər.

Ümumdünya Təbiəti və Təbii Sərvətləri Qoruma Birliyi tərəfindən təhdid edilən növlərdən biri kimi tanınan qızıl meymun, Çində milli səviyyədə qorunan birinci sinif heyvan kimi təsnif edilir.

Milli.Az


Etiketlər:  Meymunlar avtomobil yolunu bağladılar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ