Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Tarix: 2 Mart 2021 16:38

Magistraturalara qəbul imtahanının nəticələri açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı bakalavrlara SMS göndərilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən fevralın 28-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına  qəbul imtahanı keçirilib. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılib.

İmtahanda iştirak üçün  19885 bakalavr ərizə təqdim edib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Milli.Az


Etiketlər:  Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ