Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nokia 8110 4G” telefonunda artıq “WhatsApp” messenceri əlçatandır

“Nokia 8110 4G” telefonunda artıq “WhatsApp” messenceri əlçatandır

Tarix: 26 Aprel 2019 15:00

Sonuncu yeniləmədən sonra “Nokia” şirkətinin yeni düyməli telefonunda ən populyar messencer əlçatan olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, 2018-ci ildə “Nokia” şirkəti əfsanəvi 8110 telefonunu yenidən çıxarıb. 1 il sonra sözügedən telefonun sistemi üçün 15.00.17.03 yeniləməsi təqdim edilib və “WhatsApp” messenceri əlçatan olub.
 
Sözügedən messencer Hindistanda “Nokia 8110” telefonu üçün əlçatan idi. İndi yeniləmədən sonra messencer digər ölkələr üçün də əlçatandır. İstifadəçilər klavişlərin köməyi ilə messencerdə yazışa bilərlər, amma bəzi funksiyalar məhdudlaşdırılıb.
 
Emil Hüseynov




Etiketlər:  Nokia 8110 4G telefonunda artıq WhatsApp messenceri əlçatandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ