Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi və digər ərazilərin Azərbaycana inteqrasiyası qaçılmazdır - VİDEO

Xankəndi və digər ərazilərin Azərbaycana inteqrasiyası qaçılmazdır - VİDEO

Tarix: 4 Mart 2021 14:51

Ermənistan və ya separatçı rejimin Qarabağ, o cümlədən Xankəndi ilə bağlı hər hansı siyasi qərar qəbul etmək hüququ və ya iqtidarı yoxdur.

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, politoloq Zaur Zəmmədov hesab edir ki, indiyə qədər hər hansısa qüvvələr erməni məsələsi adı altında öz geosiyasi maraqlarını həyata keçirməyə cəhd göstəridilərsə, artıq belə olmayacaq. Rəsmi Bakının bütün marqları nəzərə alınacaq.

Ekspert bildirir ki, Xankəndinin və hazırda erməni əhalinin yaşadığı digər ərazilərin Azərbaycana inteqrasiyası qaçılmazdır. Bu proses mərhələli şəkildə həyata keçiriləcək. O cümlədən Ermənistan hakimiyyətinin erməni əhalinin yaşadığı Azərbaycan torpaqlarındakı təxribat xarakterli hərəkətləri də diqqətlə izlənilir. Rəsmi İrəvan da, separatçı rejim də başa düşməldiri ki, bu cür addımlar cavabsız qalmayacaq.

Zaur Məmmədov qeyd edir ki, Ermənistan təxribat hərəkətlərdən, revanşist xəyalalrdan əl çəkməli, 10 noyabr üçtərəfli bəyanatının şərtləri mahiyyəti üzrə icra olunmalı, bölgədə dayanqılı sülh təmin edilməlidir. Bu, Ermənistan üçün yeganə xilas yoludur.


Etiketlər:  Xankəndi digər ərazilərin Azərbaycana inteqrasiyası qaçılmazdır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ