Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2021 21:32
Çinin "Xiaomi" şirkətinin yeni nəsil "Redmi Note 10" smartfonu "Qualcomm" prosessoru və "AMOLED" ekranı ilə təchiz ediləcək. Bu barədə "Gizmochina" saytında dərc edilən məlumatda deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, smartfonun qablaşdırması üzərində onun əsas texniki xüsusiyyətləri göstərilib. Onlar arasında 6,43 düymlük "AMOLED" displey yer alıb. İndiyədək seriyada belə xüsusiyyətə malik qurğu olmayıb. "Redmi Note 10" smartfonunun məhsuldarlığına "Snapdragon 678" çipi - orta səviyyəli "4G" prosessoru cavabdehlik daşıyacaq.
Digər xüsusiyyətlər arasında 48 meqapikselli əsas kamera, 5 min milliamper/saat tutumlu akkumulyator və 33 vatlıq sürətli enerjidoldurma sadalanır. Qida bloku smartfonun qutusunda saxlanılır.
"Xiaomi" şirkətinin Hindistan bazarı üçün böyük təqdimatı martın 4-nə planlaşdırılır. Yeni məhsullar arasında "Redmi Note 10" və "Redmi Note 10 Pro" təqdim olunacaq. Smartfonun başlanğıc qiyməti 235 dollar təşkil edir.